“Vaşinqton Pekin və Moskvanın yaxınlaşmasından narahatdır”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van İ ilə görüşdə deyib.
“Pekin Moskvanı bu və ya başqa şəkildə, xüsusən də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyib. Hazırda isə Çin Rusiya təbliğatını gücləndirib”, – dövlət katibi bildirib.
Danışıqlar zamanı tərəflər Ukraynadakı vəziyyəti da müzakirə ediblər. Blinken qeyd edib ki, Ukrayna münaqişəsi ilə bağlı Çinin etdiyi kimi, neytral mövqe tutmaq çox çətindir.
ABŞ dövlət katibi onu da deyib ki, Vaşinqton Kiyevə 368 milyon dollardan çox məbləğdə əlavə humanitar yardım göstərmək niyyətindədir.
Azpost.info
