İranın Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.
Azpost.info bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Şamxani Bakıya Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti ilə gəlir. O, Prezident İlham Əliyevlə görüşəcək, İran-Azərbaycan münasibətlərini, beynəlxalq və regional hadisəəri müzakirə edəcək.
Qeyd edək ki, Əli Şamxani ötən həftə Ermənistana səfər edib.
