Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ prezidentinin sabiq müşavirindən qeyri-adi etiraf –

User 13 İyul 2022 - 14:02 (Last updated: 21 May 2025 - 20:15)
bolton

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton xarici ölkələrdə dövlət çevrilişi cəhdlərinin planlaşdırılmasına kömək etdiyini etiraf edib.

Azpost.info Reuters-ə istinadən bildirir ki, Bolton bu bəyanatı 6 yanvar 2021-ci ildə ABŞ Kapitoluna hücumla bağlı konqresdə keçirilən dinləmələrdən sonra CNN-ə müsahibəsində verib.

Komissiya keçmiş prezident Donald Trampı 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyətdə qalmaq üçün zorakılığı qızışdırmaqda ittiham ediblər.

CNN aparıcısı ilə danışan Bolton deyib ki, Trampın “diqqətlə planlaşdırılan dövlət çevrilişini” həyata keçirmək üçün kifayət qədər səriştəli deyil: “Çevrilişləri planlaşdırmağa kömək edən biri kimi – burada deyil, başqa yerdə – bu, çox iş tələb edir.  Bu, Trampın bacarığı üçün deyil”.

Söhbət hansı cəhdlərdən getdiyini aydınlaşdırmaq istədikdə Bolton təfərrüatlara varmayacağını deyib. Sonra o, Venesuelanın adını çəkib. “Mən müxalifətin qanunsuz seçilmiş prezidenti devirməyə cəhd etməsinin nə lazım olduğunu gördüm və onlar uğursuz oldu”.

2019-cu ildə Bolton milli təhlükəsizlik müşaviri kimi Venesuela müxalifətinin lideri Xuan Quaydonu dəstəkləyib.

ABŞ Maduronun yenidən seçilməsinin qeyri-qanuni olduğunu bəyan edərək Nikolas Maduronu devirmək səylərini müdafiə edib. Lakin Maduro hakimiyyətdə qala bildi.

Bu illər ərzində bir çox xarici siyasət ekspertləri Vaşinqtonun 1953-cü ildə İranın o zamankı baş naziri Məhəmməd Musaddiqin devrilməsi və Vyetnam müharibəsindəki rolundan tutmuş, İraq və Əfqanıstana müdaxilələrə qədər digər ölkələrə müdaxilə tarixini tənqid ediblər.

İndi ABŞ rəsmilərinin xarici ölkələrdə iğtişaşların qızışdırılmasındakı rolunu açıq şəkildə etiraf etməsi olduqca qeyri-adi haldır.

Post navigation

Previous: İranın Təhlükəsizlik Şurasının katibi Bakıya gəlir
Next: “Büdcə kəsirini örtmək üçün Ukraynanın aylıq 9 milyarda ehtiyacı var”

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.