ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton xarici ölkələrdə dövlət çevrilişi cəhdlərinin planlaşdırılmasına kömək etdiyini etiraf edib.
Azpost.info Reuters-ə istinadən bildirir ki, Bolton bu bəyanatı 6 yanvar 2021-ci ildə ABŞ Kapitoluna hücumla bağlı konqresdə keçirilən dinləmələrdən sonra CNN-ə müsahibəsində verib.
Komissiya keçmiş prezident Donald Trampı 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyətdə qalmaq üçün zorakılığı qızışdırmaqda ittiham ediblər.
CNN aparıcısı ilə danışan Bolton deyib ki, Trampın “diqqətlə planlaşdırılan dövlət çevrilişini” həyata keçirmək üçün kifayət qədər səriştəli deyil: “Çevrilişləri planlaşdırmağa kömək edən biri kimi – burada deyil, başqa yerdə – bu, çox iş tələb edir. Bu, Trampın bacarığı üçün deyil”.
Söhbət hansı cəhdlərdən getdiyini aydınlaşdırmaq istədikdə Bolton təfərrüatlara varmayacağını deyib. Sonra o, Venesuelanın adını çəkib. “Mən müxalifətin qanunsuz seçilmiş prezidenti devirməyə cəhd etməsinin nə lazım olduğunu gördüm və onlar uğursuz oldu”.
2019-cu ildə Bolton milli təhlükəsizlik müşaviri kimi Venesuela müxalifətinin lideri Xuan Quaydonu dəstəkləyib.
ABŞ Maduronun yenidən seçilməsinin qeyri-qanuni olduğunu bəyan edərək Nikolas Maduronu devirmək səylərini müdafiə edib. Lakin Maduro hakimiyyətdə qala bildi.
Bu illər ərzində bir çox xarici siyasət ekspertləri Vaşinqtonun 1953-cü ildə İranın o zamankı baş naziri Məhəmməd Musaddiqin devrilməsi və Vyetnam müharibəsindəki rolundan tutmuş, İraq və Əfqanıstana müdaxilələrə qədər digər ölkələrə müdaxilə tarixini tənqid ediblər.
İndi ABŞ rəsmilərinin xarici ölkələrdə iğtişaşların qızışdırılmasındakı rolunu açıq şəkildə etiraf etməsi olduqca qeyri-adi haldır.
