“Büdcə kəsirini örtmək üçün Ukraynanın aylıq 9 milyard dollar maliyyə yardımına ehtiyacı var”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Oleq Ustenko “Financial Times”a bildirib.
“Yaxın aylarda biz ayda 5 milyard dollar əvəzinə 9 milyard dollar almalıyıq… İstənilən halda sağ qalmağa çalışacağıq. Lakin bu, müttəfiqlərimizin maliyyə dəstəyi olmadan qeyri-mümkündür”, – Ustenko deyib.
Qeyd edək ki, əvvəllər Kiyev ehtiyaclarını 5 milyard dollar səviyyəsində qiymətləndirirdi.
Azpost.info
