Zimbabve ABŞ dollarına alternativ olmaq və bununla da ABŞ valyutasına tələbi azaltmaq üçün qızıl sikkələr zərb etməyə başlayıb.
Azpost.info xəbər verir ki, sikkə Afrikadakı Viktoriya şəlaləsinin şərəfinə “mosi-oa-tunya” adlanır.
Sikkənin dəyəri dünya bazarında qızılın qiymətindən, eyni zamanda hasilatı və paylanması üçün beş faizlik komissiyadan asılı olacaq.
Zimbabve uzun illərdir milli valyutanın qeyri-sabitliyindən və onun sürətlə ucuzlaşmasından əziyyət çəkir. Bu da əhalini xarici valyutalara investisiya qoymağa məcbur edir. Nəticədə onlara tələbat artır və bu, Zimbabve dollarının dəyər itirməsinə səbəb olur.
Azpost.info
