Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə çinli həmkarı Van İ ilə görüşüb.
Azpost.info xəbər verir ki, Lavrov zalın girişində ləngiyən həmkarına “qorxmayın, dostların arasındasınız” deyib.
Daşkənddə Lavrovun Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə də görüşü nəzərdə tutulub.
İyulun 29-da Lavrov və həmkarları Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Bundan əvvəl Lavrov Misir, Konqo Respublikası, Uqanda və Efiopiyaya səfər edib. Uqanda səfərinin yekunlarına dair mətbuat konfransında nazir bildirib ki, Rusiyanın xarici siyasət konsepsiyasının yeni variantında Moskva Afrika ölkələri ilə əlaqələrin inkişafına diqqəti artıracaq.
Azpost.info
