ABŞ Ermənistana 120 milyonluq qrant ayırır- Demokratiya və iqtisadiyyata dəstək üçün

ABŞ demokratikləşməyə və iqtisadi sabitliyin qorunmasına yönəlmiş islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan hökuməti 2022-ci il iyunun 29-da imzalanan sazişi təsdiqləyib.

Qrant vəsaitləri ayrı-ayrı tranşlarla köçürüləcək. Demokratiyanın inkişafı üçün 68 milyon 556 min dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün isə 51 milyon 435 min dollar nəzərdə tutulub.

“COVID-19 pandemiyasının yaratdığı qarışıqlıq, Qarabağda müharibə, eləcə də 2021-ci ildə baş vermiş hadisələri, ədalətli və şəffaf növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərə alaraq ABŞ bu sənədlə Ermənistana effektiv və hesabatlı idarəetmənin qurulmasında, demokratik qazancların qorunub saxlanılmasında və iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə dəstək verməyi öhdəsinə götürür”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Senatı Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırdı

Sonrakı məqalə

“Qorxmayın, dostların arasındasınız!”