Kiyev meri Vitali Kliçko həyat yoldaşı Natalya ilə boşanacaqlarını açıqlayıb.
Azpost.info xəbər verir ki, o, etiraf edib ki, bir neçə ildir xanımı ilə müxtəlif ölkələrdə fərqli həyat sürürlər. Bu səbəbdən də 26 ildir evli olan cütlük qarşılıqlı istək əsasında boşanmanı rəsmiləşdirməyə qərar verib.
Kliçko bildirib ki, onların Natalya ilə yaxşı münasibətləri var: “Biz bir-birimizə hörmət edirik, uşaqlar artıq böyüyüblər və həyat davam edir”.
Ürəyinin boş olub-olmadığı sualına Kliçko “Səni necə sevməyim, Kiyevim!” mahnısının sözləri ilə cavab verib və ürəyinin Kiyev tərəfindən “işğal edildiyini” vurğulayıb.
Natalya hazırda Almaniyada yaşayır və orada ictimai fəaliyyətlə məşğul olur. Cütlüyün üç övladı var – Yeqor-Deniel, Elizabet-Viktoriya və Maksim.
Azpost.info
