“İtaliya Avropa İttifaqının tərk etməlidir”.
Azpost.info xəbər verir ki, bu təkliflə İtaliya Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alberto Lombardo çıxış edib.
“Avropa İttifaqının liderləri dəfələrlə ABŞ-a satılıblar”, – Lombardo deyib.
Onun sözlərinə görə, Roma İtaliyanın suverenliyini məhdudlaşdıran bütün öhdəlikləri yerinə yetirməkdən imtina edərək Aİ-dən çıxmalıdır: “Suverenliyin ilk şərti ərazimizi, qoşunlarımızı və xarici siyasətimizi geri almaqdır”.
Azpost.info
