Almaniya kansleri Olaf Şolts xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinə Ukraynanın NATO-ya daxil olması məsələsinin hələ uzun müddət gündəmdə olmayacağını vəd edib.
Azpost.info xəbər verir ki, “Die Welt” bunu Şoltsa istinadən yazıb.
” Ukraynanın NATO-ya daxil olması məsələsi növbəti 30 ildə gündəmdə deyil”, – Şolts bildirib.
Kansler söhbətin nə vaxt baş verdiyini açıqlamayıb. Xüsusi əməliyyat ərəfəsində Şolts Putinlə iki dəfə danışıb – dekabrın 21-də və fevralın 15-də.
Azpost.info
