Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Türkiyəyə nota verib

User 29 Avqust 2022 - 23:28 (Last updated: 21 May 2025 - 20:15)
turk sefir ukr

Avqustun 29-da Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.

Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə Ukrayna tərəfinin Rusiya Müdafiə Nazirliyinin icarəyə götürdüyü Sparta II gəmisi ilə Suriyadan Bosfor boğazı vasitəsilə Rusiyaya S-300PMU-2 raket komplekslərinin daşınmasına dair məlumatla bağlı narahatlığını ifadə edib.

Məsələ ilə bağlı Türkiyə səfirinə Ukrayna Xarici İşlər Nazirliyinin şifahi notası təqdim edilib.

“Nazir müavini Türkiyə səfirinin diqqətini ona yönəldib ki, Boğazların Rejimi haqqında 20 iyul 1936-cı il tarixli Konvensiyanın (Montro Konvensiyası) müddəalarına uyğun olaraq, göstərilən gəmi bu məqsədlər üçün hərbi gəmi anlayışına düşür.

Toçitski Türkiyə tərəfindən “Sparta II” gəmisi ilə Bosfor boğazından daşınmış yük, habelə Konvensiyanın müddəalarının yerinə yetirilməsi və Rusiya Federasiyasının münaqişənin daha da eskalasiyasının qarşısının alınması üçün Türkiyənin gördüyü tədbirlərlə bağlı rəsmi məlumat verməsini xahiş edib.

Nazir müavini ümidvar olduğunu bildirib ki, Türkiyə Respublikasının Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhdədlərini tanımaq, dəstəkləmək istiqamətindəki ardıcıl mövqeyinə uyğun olaraq, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsi zamanı Qara dəniz boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarına ciddi əməl edəcək”, Ukrayna XİN-in məlumatında bildirilib. (APA)

Post navigation

Previous: Ukrayna ordusu Xersonda dörd kəndi azad edib
Next: “Qarabağ”dan ayrılan Vadji “Sent Etyen”lə bu tarixdə müqavilə bağlayacaq

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.