“Qarabağ”dan ayrılan Vadji “Sent Etyen”lə bu tarixdə müqavilə bağlayacaq

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubu ilə müqaviləyə avqustun 30-da imza atacaq.

“Report” “Le Progres”ə istinadən xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləçəcək.

27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq.

Qeyd edək ki, İbrahima Vadjinin transferi üçün “Qarabağ”a 1 milyon avrodan çox məbləğ ödəniləcək.

Əvvəlki məqalə

Ukrayna Türkiyəyə nota verib

Sonrakı məqalə

Bakıda sıxlıq olan küçə və prospetlərin adı açıqlanıb