Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali Qazaxıstanın informasiya və ictimai inkişaf naziri təyin olunub.
Bu barədə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Fərman imzalayıb.
Tokayevin digər Fərmanı ilə Əsgər Umarov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri vəzifəsindən azad edilib.
Tokayevin digər Fərmanı ilə Əsgər Umarov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri vəzifəsindən azad edilərək, Qazaxıstan Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” dövlət müəssisəsinin direktoru təyin olunub.