“Zəngəzur dəhlizinin açılmasından sonra nəqliyyat imkanları genişlənəcək” –İLHAM ƏLİYEV

Qarabağ münaqişəsinin həll olunması yeni nəqliyyat və kommunikasiya layihələri üçün zəmin yaradıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından sonra nəqliyyat imkanları daha da genişlənəcək və bu, region üçün, bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq.

“Ermənistanın törətdiyi genişmiqyaslı təxribat iki ölkə arasındakı normallaşma prosesinə mənfi təsir göstərir”-  deyə Prezident İlham Əliyev çıxışı zamanı bildirib.

Dövlət başçısı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.