“Bu gün NATO üçün ən böyük təhlükə Rusiyadır”- Almaniya kansleri

“Bu gün NATO üçün ən böyük təhlükə Rusiyadır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Artıq nəyə hazırlaşmalı olduğumuza dair heç bir şübhə yoxdur. Prezident Putinin rəhbərliyi altındakı Rusiya indi alyansımız üçün ən böyük təhlükədir”, – kansler bildirib.

Şolts həmçinin qeyd edib ki, NATO Almaniyanın təhlükəsizliyinin qarantı olaraq qalır. Onun sözlərinə görə, ölkə öz ərazisinin hər kvadratmetrini müdafiə etməyə hazırdır.

Kansler onu da bildirib ki, Almaniya 2023-cü ildə Rusiya qazından tamamilə imtina edə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Çin Tayvana silah satan ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək

Sonrakı məqalə

“Zəngəzur dəhlizinin açılmasından sonra nəqliyyat imkanları genişlənəcək” –