Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb. Tərəflər iki ölkə arasındakı münasibətlər və Ukraynada davam edən proseslər başda olmaqla bir sıra regional məsələləri müzakirə edib.
Qeyd olunub ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.
Anadolu Agentliyinin məlumatın görə, Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
Tərəflər həmçinin Suriya məsələsinə dair fikir mübadiləsi aparıblar.