Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Raketin Şimali Pyonqan vilayətindən yerli vaxtla səhər saat 6:53-də buraxıldığı və təxminən 600 kilometr uçduğu bildirilir. Cənubi Koreya və ABŞ kəşfiyyat qurumları KXDR-in raket buraxılışının detallarının öyrənilməsinə çalışır.
Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxışı həyata keçirib. İndiki raket buraxılışı isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq dənizində növbəti hərbi təlimlərin ərəfəsinə təsadüf edir.