Rusiya İstintaq Komitəsi Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi açıb.
Azpost.info xəbər verir ki, müstəntiqlər hadisənin bütün şəraitini və cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirirlər.
İdarənin məlumatına görə, oktyabrın 8-də səhər saatlarında Krım körpüsünün yolunda yük maşını partlayıb. Partlayışdan sonra Krım istiqamətində hərəkət edən qatarın yanacaq çənlərində yanğın baş verib. Nəticədə iki avtomobil aşıb.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə qurumun Kriminalistika Baş İdarəsinin kriminal ekspertləri hadisə yerinə gedib.
Azpost.info