“Rusiya və Qazaxıstan ən çətin məsələləri açıq şəkildə müzakirə edib həll edə bilərlər. Rusiya ilə Qazaxıstanın arasına heç kim nifaq sala bilməz”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə müraciətində deyib.
Lavrov bildirib ki, ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir: “Üç onillik ərzində Rusiya və Qazaxıstan iki xalqı birləşdirən çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrini təkcə qoruyub saxlamağa deyil, həm də möhkəmləndirməyə nail olub. Biz qazaxıstanlı dostlarımızla münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Heç kim bizim aramıza nifaq sala bilməz”.
Azpost.info
