“Azərbaycanda yeni doğulan körpələr üçün bank hesabları açılmalıdır”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Tahir Kərimli deyib.
Deputat xatırladıb ki, Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub:
“Onlara hesab açılsın və hesablarına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır”.