“Mariupol qədim rus şəhəridir”- PUTİN

“Mariupol qədim rus şəhəridir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Mariupol çox məşhur, qədim Rusiya şəhəridir. Bildiyiniz kimi, Böyük Pyotr orada ilk hərbi gəmilərini inşa etdi, ilk qələbələri qazandı, sonra Suvorov çöl yürüşlərini etdi və İkinci Yekaterina bu torpaqları qurdu”, – Putin qeyd edib.

Putin bildirib ki, o, artıq Donbasın, o cümlədən Mariupolun bərpası ilə bağlı müzakirələrə başlayıb: “Dünən axşam saatlarında həmkarlarımla məhz bu ərazilərin, Donbasın, Mariupolun bərpasını müzakirə edirdik”.

Onun sözlərinə görə, Donbas və Mariupolda yaşayış evlərini, uşaq bağçalarını, kitabxana və muzeyləri, digər sosial obyektləri bərpa etmək lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.