“Ukraynadakı münaqişədən əsas uduşlu çıxan Ərdoğandır”- “The Wall Street Journal”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı hərbi münaqişədən əsas uduşlu çıxan şəxsdir”.

Azpost.info xəbər verir ki, bunu “The Wall Street Journal”ın köşə yazarı Cared Malsin yazır.

Müəllif qeyd edir ki, Türkiyə lideri Ukraynaya silah tədarükünü təşkil edə və eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq apara bilib. Onun fikrincə, məhz Şərqi Avropadakı toqquşma Ərdoğanı regionun ən nüfuzlu liderlərindən biri kimi gücləndirə bildi.

Yazıda qeyd olunur ki, türk silah istehsalçısı “Baykar” artıq Kiyevdə Ukraynada silahlı pilotsuz təyyarələrin istehsalı üçün gücünü ikiqat artıracaq yeni zavodun tikintisinə başlayıb. Eyni zamanda, Ərdoğan Putinlə nəinki dialoq aparan, hətta ona təsir etməyi bacaran nadir dünya liderlərindən biridir. Malsin buna misal olaraq Rusiya və Türkiyə tərəfləri arasında “taxıl sazişi” ilə bağlı son danışıqları göstərib.

“Cənab Putin Ukraynanın Qara dənizdən keçən taxıl ixracına yenidən blokada tətbiq etməklə hədələdiyi zaman, cənab Ərdoğan kritik tədarükü saxlamaq və qlobal ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün müdaxilə etdi. Ərdoğan bir tərəfdən rusiyalı həmkarı Putinlə açıq ünsiyyət xəttini qoruyur, bir tərəfdən də ölkəsinin Ukraynaya hərbi dəstəyini genişləndirir. Onun Putinlə münasibətləri Ukraynanın taxıl ixracatını saxlamağa kömək etdi. Bu yolla cənab Ərdoğan Türkiyənin getdikcə daha vacib regional oyunçu kimi nüfuzunu gücləndirir”, – nəşr yazır.

Azpost.info

Əvvəlki məqalə

Gəncədə evdən 93 yaşlı qadının meyiti tapılıb

Sonrakı məqalə

Türkiyənin vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşanı ziyarət edib