Gəncədə evdən 93 yaşlı qadının meyiti tapılıb

Gəncədə mənzildən yaşlı qadın meyiti tapılıb.

Meyit şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.

Qonşuların sözlərinə görə, yaşlı qadın təxminən 6 aydır yoxa çıxıbmış. Bu müddətdə onun qohumlarının evində qaldığı ehtimal edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun  verdiyi xəbərə görə, meyiti tapılan qadın 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovadır.

 

Əvvəlki məqalə

Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Sonrakı məqalə

“Ukraynadakı münaqişədən əsas uduşlu çıxan Ərdoğandır”