“Ay lələ, Gəncəyə gələndə tələbə idim….” –Britaniya səfiri Gəncədən yerli ləhcədə tvit yazdı /FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tviter səhifəsində maraqlı paylaşım edib.

Səfir Gəncə əhalisinin ləhcəsi ilə atdığı tvitində “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram” sözlərini yazıb.

“Lələ” müraciəti gəncəlilərin bir-birinə müraciət forması sayılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.