Rusiyanın “Lukoil” şirkəti dekabrda Qərbin sanksiyaları ilə əlaqadar Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Xəzər neftinin ixracını dayandıracaq.
Azpost.info bildirir ki, bu barədə “Röyter” Agentliyi xəbər yayıb. Avropa İttifaqının yeni sanksiyaları 5 dekabrıdan etibarən avropalılara rus neftini nəqlini və alışını qadağan edir.
Rusiya ona məxsus xam nefti Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Tengiz-Novorossiysk kəmərinə yönləndirəcək.
Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin nəqlinin əsas marşrutudur və sanksiya qadağası altında deyil.
“Rusiya nefti BTC-dən gedir. Səbəb sanksiyalardır”-deyə mənbələrdən biri Röyterə deyib. Digər mənbələr isə bildirblər ki, bu qərar BTC-nin səhmdarları tərəfindən qəbul edilib.