“Nə qədər ki, ABŞ tərəfi rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasında israrlı olacaq, Vaşinqtonla Moskva arasında danışıqlar mümkün olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Baydenin təklifində Rusiya prezidenti Vladimir Putinin Ukraynadan çıxması da daxil olmaqla bir neçə bənd var: “ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır. Təbii ki, bu, qarşılıqlı müzakirələr üçün əsasların axtarışını xeyli çətinləşdirir. İkincisi, Rusiya prezidenti həmişə danışıqlara açıq olub və açıq qalır. Xüsusi hərbi əməliyyatdan əvvəl məhz Rusiya prezidenti həm ABŞ, həm də NATO ilə danışıqlara başlamağa cəhd edib”.
Jurnalistlərin Rusiyanın ABŞ-ın şərtlərinə hazır olub-olmadığına dair sualına cavabında Peskov xüsusi əməliyyatın davam etdiyini deyib.
Azpost.info
