Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə

User 10 Dekabr 2022 - 10:13 (Last updated: 21 May 2025 - 20:15)
dyp

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir:

“Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik”.

Post navigation

Previous: Türk dövlətlərinin mədəniyyət paytaxtının simvolu Şuşaya ötürülüb
Next: Türkiyədəki diplomatik korpusun nümayəndələri Zəngilana yola düşüblər

Oxşar xəbərlər

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00

xƏBƏR

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Restoranın dolu olması həmişə onun yaxşı qazandığını göstərmir. Zalın bütün masaları tutulsa da, ayın sonunda sahibkarın əlində...
Read more about Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.