Britaniya hökuməti yaxın bir neçə həftə ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən yazıb.
Qərarı Britaniyanın daxili işlər naziri Suella Braverman və təhlükəsizlik naziri Tom Tugendhat dəstəkləyir.
SEPAH terror təşkilatı siyahısına salındıqdan sonra korpusa üzv olmaq, onun simvollarını daşımaq və fəaliyyətinə dəstək vermək cinayət məsuliyyəti yaradacaq.
2019-cu ildə ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyıb və ona qarşı sanksiyalar tətbiq edib.
Azpost.info