Argentinanın təhlükəsizlik və ədliyyə naziri Marselo de Alessandro korrupsiyada şübhəli bilinir.
Azpost.info xəbər verir ki, hökumət araşdırma aparılması üçün məhkəməyə müraciət edib.
Bu barədə Argentina prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Prezident Alberto Fernandezin göstərişi ilə təhlükəsizlik və ədliyyə naziri Marselo de Alessandro ilə bağlı araşdırmanın aparılması üçün iddia qaldırılıb”, – məlumatda deyilir.
İddialara görə, hökumətdən və federal prokurorlardan sifariş alan bəzi sahibkarlar da işə cəlb olunmalıdır. İstintaqın əsasını mediaya sızan yazışmalar təşkil edib.
Azpost.info