Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“20 yanvar faciəsi SSRİ rəhbərliyinin vəhşi səhvi idi” –

User 20 Yanvar 2023 - 20:24 (Last updated: 21 May 2025 - 20:15)
politoloqr

“Qara Yanvar” təkcə Azərbaycanın yox, bütün SSRİ və Rusiya tarixinin qanlı səhifəsidir.

Bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov Azərbaycanın Rusiyadakı Səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə çıxışında bildirib.

“Bu gün xatırladığımz hər bir azərbaycanlının və bütün rusiyalıların ürəyindəki ağrıdır, yaradır. O zaman bizim ümumi ölkəmiz, vahid dövlətimiz var idi, hamımız orada yaşayırdıq. Tək indi yox, o vaxt da gənclər tankların paytaxtların küçələrində dinc əhalini necə əzdiyini təsəvvür belə edə bilməzdi. 33 il bundan əvvəl də bu, ağlasığmaz idi. Amma sovet tankları sovet şəhəri Bakının küçələrində vahid sovet əhalisinə qarşı çıxmışdı”, – deyə rusiyalı politoloq vurğulayıb.

Solonnikov hazırki Azərbaycan-Rusiya münasibətlərininin səviyyəsindən də danışıb. O, bu iki ölkəni çoxəsrlik dostluq əlaqələrinin bağladığını söyləyib: “Azərbaycan və Rusiya xalqları birlikdə qorxunc sınaqlardan keçiblər. Biz bu günlərdə Leninqrad blokadasının yarılmasının 80 illiyini qeyd etmişik və Sankt-Peterburqun yaxınlığında blokadanın yarılması zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə abidələr ucaldılıb. Bizim üçün bu, vahid tarixdə tək bir uğurdur. Bu hekayədə Qara Yanvar kimi faciəli məqamların görünəcəyini təsəvvür etmək mümkün deyildi, amma belə oldu. Bundan sonra Sovet İttifaqının dağılması, Moskvada 1991-ci ildə avqust, 1993-cü ildə oktyabr qiyamları baş verdi. Təəssüf ki, bunların hamısı vahid tarixin halqalarıdır”, – deyə Solonnikov yekunlaşdırıb.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə çıxışında, uzun illər keçməsinə baxmayaraq, bu gün də 20 Yanvar faciəsi haqda xatırladıqlarını söyləyib: “Anlayırıq ki, bu faciə SSRİ rəhbərliyinin vəhşi səhvləri nəticəsində baş verib. Sovet rəhbərliyinin Bakıda törətdikləri cinayətkar fəaliyyət idi. Azərbaycan və Rusiya xalqları qardaş xalqlardır. Ona görə də, 33 il bundan öncə axıdılan qan əlbəttə ki, bir çox hadisələri partlatmış oldu. Biz hamımız bundan dərs götürməliyik ki, bir də heç vaxt bu cür hadisələr təkrarlanmasın. Hazırda bizim dövlətlərimizi çox müdrik dövlət xadimləri idarə edir. Prezident İlham Əliyev və Prezident Vladimir Putin çox müdrik və ağıllı qərarlar qəbul edirlər və heç vaxt hansısa faciənin təkrarlanmasına imkan verməzlər”.

Markov Rusiyada Azərbaycanın çoxlu dostlarının olduğunu vurğulayıb: “Ona görə də 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqının ağrısı, kədəri Rusiyada bir çoxlarının ağrısı, kədəridir. Bir daha Azərbaycan xalqına dərin hüznlə başsağlı verirəm. Biz elə etməliyik ki, gələcəkdə bu cür faciələr təkrarlanmasın”. (APA)

Post navigation

Previous: Nərimanovda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb –
Next: Bolqarıstanda tapılan qəribə skletin sirri niyə açılmır? –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.