Bolqarıstanda tapılan qəribə skletin sirri niyə açılmır? –FOTO

2001-ci ildə Bolqarstanda tapılmış bir kəllə skleti indiyə qədər qızğın mübahisələr doğurur.
Azpost.info bildirir ki, Plovdiv rayonunun sakini Roman Qençevin tapdığı bu artefakt elmə indiyə qədər məlum olmayan bir varlığa məxsus olduğu iddia edilir.
38 yaşlı kişi o zaman deyib ki, yuxuda qeyri-adi gümüşü rəngli paltarlarda olan 5 kişi ona həmin kəllənin olduğu yeri göstərib və gedib axtarmağı tapşırıblar. Roman da arvadı və dostları ilə birgə deyilən skleti tapmaq üçün yuxuda deyildiyi əraziyə gedib və…deyilən yerdə kəlləni tapıb.
250 qram ağırlığında olan skletin kəllə hissəsi çox geniş,, ağız hissəsi isə yox idi. Skeltin tapıldığı yerdən 500 metr kənarda isə mənşəyi naməlum olan ellips formasında olan 800 qramlıq metal əşya aşkar olunur.
2002-ci ildə artefaktın tədqiqi yekunlaşıb. Alimlər bu skletin yer kürəsinə məxsusuluğuna dair heç bir subut tapa bilməyiblər.
Alimlər Rodop skletinin naməlum sivilizasiyaya məxsus olmasına şübhə etmirlər.
Bolqarıstan Elmlər Akademiyasının üzvü, arxeoloq Katya Malamet “24 saat” qəzetinə açıqlamasında deyib ki, belə bir artefakt heç vaxt elm aləminə məlum olmayıb.
Ufoloqlar da hesab edir ki, bu kəllə yadplanetlilərə məxsusdur. Tanınmış bolqar ekstrasensi Kubrat Tomov deyib ki, tapılan kəllə skleti 20 min il əvvəl Atlantların laboratoriyasnın məhsuludur. Bu varlıq insanlara xidmət etməli imiş.
Rodop skleti bu günə qədər sirrini açmayb.
Azpost.info
Əvvəlki məqalə

“20 yanvar faciəsi SSRİ rəhbərliyinin vəhşi səhvi idi” –

Sonrakı məqalə

ABŞ “Vaqner”i cinayətkar təşkilat elan etdi