Uzun müddətdir ki, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün vəfat edib.
Tünzalə Əliyevanın həyat yoldaşı Xəyal instaqramda foto paylaşaraq vida sözləri yazıb:
“Sən gördüyüm, tanıdığım ən gözəl insan, həyat yoldaşı idin. Həm ata, həm ana, həm bacı, həm qardaş oldun mənə, ən yaxın dostum idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun. Mənim gözəl həyat yoldaşım inşallah qiyamətdə görüşərik”.