Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqı Zəngəzur sərhədinə patrul xidməti göndərdi

User 23 Yanvar 2023 - 16:27 (Last updated: 21 May 2025 - 20:15)
avropa musahide zengezur

Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, – qeyd olunub.

Missiyanın müddətinin iki il olacağı vurğulanıb: “EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək”.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır”.

Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı. (APA)

Post navigation

Previous: “BMT-nin mandatı lazımdır”
Next: MEDİA “Rəqəmsal jurnalistika” təlimlərinə başlayıb

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.