“BMT-nin mandatı lazımdır”- Ukrayna üzrə beynəlxalq tribunalın legitimliyi müzakirə olunur

“Ukrayna üzrə beynəlxalq tribunalın legitimliyini təmin etmək üçün təşkilatın Baş Assambleyasının qərarı ilə BMT Baş katibinin mandatı lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən əvvəl Belçikanın xarici işlər naziri Aca Labib bildirib.

Lyabib əlavə edib ki, Brüssel Kiyevə yardımı davam etdirməyi, o cümlədən hərbi dəstəyi vacib hesab edir.

“Biz cəzasızlıqla mübarizə və xüsusi beynəlxalq tribunalın yaradılması məsələsini müzakirə edəcəyik. Bu məsələ ilə bağlı Belçika BMT Baş Assambleyasının qətnaməsi əsasında Baş katibdən mandat alınmasının zəruriliyində israr edəcək. Bu tribunalın beynəlxalq legitimliyi üçün lazımdır” – Lyabib deyib.

Azpost.info

Əvvəlki məqalə

“Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyir”

Sonrakı məqalə

Avropa İttifaqı Zəngəzur sərhədinə patrul xidməti göndərdi