Finlandiya prezidenti Sauli Niinistö Kiyevə gələrək Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Azpost.info xəbər verir ki, görüşün görüntüləri Ukrayna liderinin “Telegram” kanalında yayımlanıb.
“Finlandiya prezidenti Sauli Niinistönü Ukraynada salamlayıram. Ukrayna Finlandiyanın dəstəyini yüksək qiymətləndirir. Bu səfərə görə təşəkkür edirəm!”, – Zelenski yazıb.
Öz növbəsində, Finlandiya prezidenti səfər zamanı ölkəsinin Ukraynaya güclü və sarsılmaz dəstək göstərəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Finlandiya bu günə qədər Ukraynaya 600 milyon avroluq hərbi yardım edib.
O, “Tviter”də Zelenski ilə görüşdən foto da yerləşdirib.
Azpost.info