Estoniya qəfil hərbi təlimlərə başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə Estoniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə “Kaytseliit”in (“Müdafiə ittifaqı”) hərbiləşdirilmiş birləşmələri də iştirak edəcək.
Hökumətdən bildiriblər ki, təlim zamanı qərarların qəbul edilməsindən tutmuş, çevik reaksiya qüvvələrinin ehtiyat hissələrinin toplanmasına qədər komanda zəncirinin fəaliyyəti qiymətləndiriləcək.
Qərara əsasən, təlimlərə Qərb Ərazi Müdafiə Dairəsinin bölmələrinin 830 hərbçisi cəlb olunub. Təlimlər yanvarın 26-dan 29-dək keçiriləcək.
Azpost.info
