“Avropa İttifaqının monitorinq missiyasının nümayəndələrinin Ermənistana gəlməsi regiona yalnız geosiyasi qarşıdurma gətirəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
“ABŞ və NATO-nun əlavəsinə çevrilən, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, – Rusiya XİN bəyan edib.
Nazirlik hesab edir ki, missiyanın elan edilmiş mülki mahiyyəti yanıldıcı olmamalıdır. Çünki o, Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində ümumi siyasəti çərçivəsində yaradılır.
Azpost.info
