“İstənilən düşmənçilik danışıqlarla başa çatır, biz hazırıq”- Rusiya XİN

“Moskva Kiyevlə danışıqlara hazırdır, lakin ilkin şərt olmadan”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, danışıqlar mövcud reallıq əsasında və Rusiyanın əvvəllər elan edilmiş məqsədləri nəzərə alınmaqla aparılmalıdır.

“İstənilən düşmənçilik danışıqlarla başa çatır və təbii ki, biz belə danışıqlara hazır olacağımızı demişik. Lakin ilkin şərtsiz danışıqlara, mövcud reallığa əsaslanan danışıqlara, açıq elan etdiyimiz məqsədləri nəzərə alan danışıqlara…” – Verşinin qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.