“G7 yeni regionların Rusiyaya daxil olmasını heç vaxt tanımayacaq”- BƏYANAT

G7 ölkələri “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasını heç vaxt tanımayacaq.

Azpost.info xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn danışıqlarının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqı cəhdlərini qeyd-şərtsiz pislədiyimizi və qəti şəkildə rədd etdiyimizi bir daha bildiririk. Krım və Sevastopol məsələsində olduğu kimi, biz bu qeyri-qanuni ilhaq cəhdlərini heç vaxt tanımayacağıq”, – sənəddə deyilir.

Azpost.info

Əvvəlki məqalə

Zelenski sülh formulu üçün birinci təsis sammitinin çağırılmasını təklif edib

Sonrakı məqalə

Kreml Putin-Ərdoğan telefon danışığının detallarını açıqlayıb