“Çin Rusiyaya öldürücü silahlar verməsi ən son hədd olardı”- BAYDEN

“Çin Rusiyanı öldürücü silahlarla təmin edərsə, Birləşmiş Ştatlar cavab verəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib.

Lakin Bayden Rusiyaya silah tədarükü ilə bağlı Çindən böyük təşəbbüslər gözləmədiyini deyib: “Bu, ən son hədd olardı… Biz bunu edən hər kəsə ciddi sanksiyalar tətbiq etmişik”.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya hərbi yardımın göstərilməsi imkanını müzakirə etdiyi barədə mediada yayılan xəbərləri təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.