Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

XİN Ceyhun Bayramov və Lavrovun görüşünə dair açıqlama yayıb

User 28 Fevral 2023 - 19:49 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun lavrov

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi barədə məlumat yayıb.

XİN-dən verilən xəbərə görə, məlumatda deyilir:

“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regionda mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və Rusiya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, tranzit, mədəni, humanitar, təhsil və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda münasibətlərin inkişafında iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində imzalanmış üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın göstərdiyi sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, iki dövlət arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında Azərbaycanın davamlı olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, o cümlədən sülh gündəliyinə xələl gətirən təxribatları ilə üzləşdiyini bildirib.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının daha bir nümunəsi olaraq yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Ermənistan tərəfinin davamlı təxribatlarına baxmayaraq Azərbaycanın sözügedən etiraz aksiyasının neqativ humanitar nəticələrinin olmaması, o cümlədən sülh gündəliyinin irəli aparılması üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.

Nazir Sergey Lavrov, bu ilki rəsmi səfərinin ötən ilin 22 fevral tarixində imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında əlamətdar rolu olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf etdiyini xatırlayıb. Bu xüsusda, iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafında mövcud müqavilə-hüquq bazasının əhəmiyyəti qeyd olunub. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar”.

Post navigation

Previous: Daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
Next: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ərzində yaxşı irs qoyub”

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.