“Putin başa düşməlidir ki, uğur qazana bilməyəcək”- ŞOLTS

“Ukraynadakı müharibəyə görə məsuliyyət Rusiya prezidenti Vladimir Putinin üzərinə düşür”.

Azpost.info xəbər verir ki, bunu CNN-ə müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Putin başa düşməlidir ki, öz işğalı və imperialist təcavüzü ilə uğur qazana bilməyəcək. O, qoşunlarını Ukraynadan çıxarmalıdır. Bu, danışıqlar üçün əsasdır. Kiyev Rusiya ordusunun Ukraynanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərini, o cümlədən ilhaq edilmiş Krımı tərk etməsində israr edir”, – Şolts qeyd edib.

Kanslerin sözlərinə görə, müharibə indi “dalan mərhələsi”ndədir və onun davam etməsi Ukraynaya böyük ziyan vurur: “Bununla belə, Qərb Ukraynanı qəbuledilməz kompromislərə getməyə məcbur etməyəcək, Kiyevə dəstək verməyə davam edəcək”.

O, həmçinin bildirib ki, Qərb ölkələri müharibə bitdikdən sonra Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

Azpost.info

Əvvəlki məqalə

Xaçmaz sakini lotereyada 913 min manat uddu –

Sonrakı məqalə

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq