Xaçmaz sakini lotereyada 913 min manat uddu –FOTO

Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 

Uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.
Şanslı qalib ATV-də yayımlanan “Zaurla günaydın” verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.
Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı “YAŞAT Fondu”na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək.
O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcək.
Əvvəlki məqalə

Son 50 ildə baş verən zəlzələlərin dünya iqtisadiyyatına vurduğu ziyan

Sonrakı məqalə

“Putin başa düşməlidir ki, uğur qazana bilməyəcək”