BMT Baş katibi bu gün Kiyevə gedir- Zelenski ilə görüşəcək

BMT Baş katibi Antonio Quterreş bu gün Ukraynaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan bəri Quttereşin Kiyevə üçüncü səfəridir.

Səfər zamanı Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək, onunla BMT, Türkiyə, Rusiya və Ukrayna arasında 2022-ci ilin iyulunda bağlanmış “taxıl sazişi”nin uzadılmasını müzakirə edəcək.

“Reuters” Ukrayna hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən xəbər verib ki, Kiyev martın 18-də başa çatacaq sazişin uzadılması üçün danışıqlara başlayıb. Lakin bu danışıqlar Rusiya ilə deyil, Moskva ilə əlaqədə olan tərəfdaşlarla aparılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.