“Simonyanın Ermənistana girişinə qadağa qoyulmasını mənfi qarşıladıq”- KREML

“Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın və “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanovun Ermənistana giriş qadağası Kremldə mənfi qarşılanıb”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, yaxın gələcəkdə Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərin belə hallardan azad olacağına ümid etdiyini bildirib: “Açığı, biz buna mənfi yanaşırıq. Ermənistan bizim böyük dostumuz, müttəfiqimiz, strateji tərəfdaşımızdır. Və təbii ki, ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi ikitərəfli münasibətlərimizi belə hallardan qorumağa məcbur edir. Ümid edirik ki, yaxın gələcəkdə ikitərəfli münasibətlərimiz belə hallardan azad olacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.