Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb

User 11 Mart 2023 - 11:17 (Last updated: 21 May 2025 - 20:15)
1678516650131802412_1000x669

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində Astara, Lerik və Lənkəran rayonlarında kənd sakinlərinə məxsus 17 ev kənd qonaq evi kimi fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qonaq evlərindən 6-sı Astara, 8-i Lerik və 3-ü Lənkəran rayonunda yerləşir. Layihə çərçivəsində kənd qonaq evləri özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilib. On yeddi kənd sakini biznes və turizmlə bağlı, o cümlədən biznes planın yazılması, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti, satış, qonaq qarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, qonaq evlərində təhlükəsizlik qaydaları, qidalanmanın təşkili, sosial medianın idarəedilməsi mövzularında təlimlərə cəlb olunub. Eyni zamanda onlara biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə kənd qonaq evlərinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsinə 2021-ci ildə start verilib və ilk olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib. Layihənin ikinci mərhələsi üzrə isə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından meyarlara uyğun olanlar seçilib. Ümumilikdə, Quba- Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə 50 kənd qonaq evi yaradılıb(azərtac).

 

 

Post navigation

Previous: İpoteka kreditlərinin sayı və məbləği
Next: “Rusiya üçün dəhliz olmayın!”

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30

xƏBƏR

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paket pensiyaçılar, sosial müavinət və...
Read more about Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.