Almaniya Milli Təhlükəsizlik Şurasının yaradılmasını təxirə saldı- Fikir ayrılıqlarına görə

Almaniyanın koalisiya hökuməti fikir ayrılıqları səbəbindən Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı razılığa gəlməyib.

Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

“Bir neçə ay davam edən danışıqlardan sonra kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok Milli Təhlükəsizlik Şurasının necə işləyəcəyi və ona kimin rəhbərlik edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər”, – qəzet yazır.

“Der Spiegel” yazır ki, bu səbəbdən də layihəni müvəqqəti inkişaf etdirməmək qərara alınıb.

Milli Təhlükəsizlik Şurasının səlahiyyətləri ilə bağlı mübahisənin səbəbi odur ki, Almaniya XİN səlahiyyətlərin bir hissəsini kansler ofisinə vermək istəmir. Öz növbəsində, kanslerlik müstəqil qərar qəbul edə bilən qurumun XİN-ə tabe olmasına qarşı çıxır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.