Martın 18-də vaxtı başa çatan “taxıl sazişi”nin aqibəti necə olacaq?

buğda
buğda

Martın 18-də vaxtı başa çatan “taxıl sazişi” tərəflərin – Rusiya, Ukrayna və BMT-nin etirazı olmasa, avtomatik olaraq uzadıla bilər.

Azpost.info xəbər verir ki, bu barədə TASS sazişlə bağlı danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, sazişin müddəti 60 gün uzadılacaqsa, o, martın 18-dən sonra icrasını davam etdirəcək. Yalnız 60 gün sonra tərəflərdən biri onun ləğvi ilə bağlı məsələ qaldıra bilər.

Mənbə onu da qeyd edib ki, sazişdən çıxmaq barədə hələlik heç bir tərəfdən açıqlama gəlməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.