“Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalıdır”- Bəşər ƏSƏD

“Rusiya ordusunun Suriyadakı mövcudluğu müvəqqəti olmamalı və terrorla mübarizə ilə məhdudlaşmamalıdır”.

Azpost.info xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Kremldəki danışıqlardan dərhal sonra verdiyi müsahibədə deyib.

“Hərbi bazalar məsələsi terrorizmlə mübarizə məsələsi ilə əlaqələndirilməməlidir. Terrorla mübarizə bu günün mövzusudur, bu, müvəqqətidir. Rusiyanın hərbi mövcudluğu heç bir ölkədə müvəqqəti nəyəsə əsaslanmamalıdır. Söhbət beynəlxalq tarazlıqdan gedir və Rusiyanın Suriyadakı mövcudluğu Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı baxımından önəmlidir”, – Əsəd bildirib.

Suriya liderinin fikrincə, bu gün fövqəldövlətlər yalnız öz dövlət ərazilərində mövcudluğunu məhdudlaşdırmaqla nə özlərini müdafiə edə, nə də dünya miqyasında öz layiqli rolunu oynaya bilərlər. Bunu dünyadakı müttəfiqləri vasitəsilə və ya bazaların köməyi ilə etməlidirlər.

Azpost.info

 

Əvvəlki məqalə

DİM buraxılış imtahanlarında çətin suallarla bağlı ittihamlara cavab verib

Sonrakı məqalə

Kafedə musiqi sifarişi üstündə öldürülən və yaralanan hərbçilərdir